PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"

PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"
11:32 24 Oktyabr 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Azərbaycan hökuməti cəza siyasətinin sərtləşdirilməsinin deyil, humanistləşdirməsinin tərəfdarıdır".
"Report" xəbər verir ki, bunu "Məişət zor­akılığı ilə mübari­z­ədə effektiv cavab mexanizminin yaradıl­­ması" mövzusunda keçirilən kon­­fransda Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi Əli Ağayev deyib.
O bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün əsasən hüququ təbliğat və maarifləndirmə üsullarından istifadə olunmalıdır: "Təbii ki, məqsədəuyğun təkliflər həmişə nəzərə alınır".
Ə.Ağayev qeyd edib ki, məişət zorakılığının qarşısının alınmasında, istər barışıq məsələsi olsun, istər cəzalandırma məsələsində yerli şərait nəzərə alınmalıdır: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur". 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/pa-nin-meslehetcisi-butun-meselelerde-beynelxalq-tecrubeye-esaslanmaq-olmur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR