İŞİD-in silah anbarı ələ keçdi: NATO ölkələrinə aid silahları varmış

İŞİD-in silah anbarı ələ keçdi: NATO ölkələrinə aid silahları varmış
12:18 24 Oktyabr 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya ordusu Rusiya Hava Qüvvələrinin dəstəyi ilə İraq Şam İslam Dövləti terror təşkilatının ən böyük silah və zirehli nəqliyyat anbarını ələ keçirib.

Publika.az xəbər verir ki, arsenal Suriyanın şərqindəki Meyadin şəhərində tapılıb.

Bu barədə əməliyyata rəhbərlik edən Suriya-Ərəb ordusu generalı Həsən Süheyl məlumat verib:

“Bizə ən azı 6 gün vaxt lazımdır ki, İŞİD terrorçularının buranı tərk etməsindən sonra buraxdığı bütün bu silah arsenalını çıxaraq. Burada həddindən çox silah və xaricdə istehsal edilən yüksək səviyyəli rabitə qurğuları var”.

Suriya ordusu tərəfindən ələ keçirilən anbarda tank əlehinə müxtəlif silahlar, artilleriya və raket, mina, həmçinin, tank və zirehli piyada daşıyan avtomobillər tapılıb. Meyadin şəhəri təşkilatın lojistik və hərbi anbarı üçün ən yaxşı mərkəz hesab edilirdi.

Suriya Hərbi və Kəşfiyyat İdarəsi anbarda aşkar edilən dronların istifadəsi üçün peyk rabitə sistemləri, radar avadanlıqları, tibbi cihazları jurnalistlər üçün nümayiş edib.

Terrorçuların arsenalının əsas hissəsinin NATO ölkələrində istehsal olunduğu qeyd edilib. Silahlar arasında 2011-ci il Britaniya istehsalı olan 155 mm “Hovitzer” xüsusi diqqət çəkib. Bundan başqa, anbardan ABŞ və Belçikaya aid silahlar da aşkarlanıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/218146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR