"Ermənistan nə qədər tez anlayıb ordusunu Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartsa, bir o qədər bunun regiona faydası olar".

Publika.az xəbər verir ki, bunu Azərbaycanla BMT arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevdeyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı etdiyi bu təcavüz ölkənin inkişafında əsas maneələrdən birinə çevrilib: "Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qəbul etdiyi qətnamələr yerinə yetirilmir".

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.