Bank ombudsmanının yaradılması banklar və onların müştəriləri arasında etibarlı münasibətlərin qurulması baxımından çox mühümdür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin bank assosiasiyalarının beynəlxalq əlaqələndirmə toplantısının açılış iclasında deyib.

O qeyd edib ki, bank ombudsmanının səmərəli işi Azərbaycanın bank sektorunun necə inkişaf edəcəyini qabaqcadan müəyyən edəcək.

Milli.Az