Bu barədə "Report"a E.Əzimovun vəkili Elvin Səlimov məlumat verib.
Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 10-na təyin edilib.
Şikayətə hakim Vüsalə Baxışovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi müğənni Nazim Pişiyarinin (Faytonçu Nazim) əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim E.Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.
N.Pişiyari bildirib ki, ilk dəfə "Elmed" klinikasında cərrah E.Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. "Faytonçu Nazim" həkimin ciddi cəzalandırılmasını tələb istəyib. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.