"Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Paylaş
·104 baxış·1 dəq oxu
Bakı. 1 noyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu müəyyənləşib. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "Qarabağ"ın yarımmüdafiəçisi Miçeldir. 32 yaşlı oyunçu Ağdam komandasının yeganə qolunun müəllifi olub. "Atletiko" - "Qarabağ" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.