81 sığorta agentinin fəaliyyəti dayandırılıb

81 sığorta agentinin fəaliyyəti dayandırılıb
14:32 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ilin sonundan etibarən Azərbaycanda 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 81 agentin lisenziya fəaliyyəti müvəqqəti dayandırılıb. Trend-in məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşviq İsrafilov III Milli Sığorta Agentləri Forumunda deyib.

Onun sözlərinə görə, 2014-cü il dekabrın 8-dən bu günədək 46 sığorta agentinin lisenziyası geri çağırılıb, 10 sığorta agenti fəaliyyətinin dayandırılması ilə bağlı özü müraciət edib, 81-nin isə lisenziyası 6 ay müddətinə dayandırılıb".

M.İsrafilov qeyd edib ki, Azərbaycanda 900-dən çox sığorta agenti qeydiyyata alınsa da, onlardan çoxu faktiki olaraq fəaliyyət göstərmir və ya fəaliyyətlətini artıq dayandırıblar: "Bununla belə, onlar Dövlət Sığorta Nəzarəti Xidmətinə fəaliyyətlərini dayandırmaq haqqında ərizə təqdim etməyiblər".

O əlavə edib ki, sığorta agentləri hər rüb fəaliyyətləri ilə bağlı hesabat təqdim etməldirlər: "Lakin təəssüf ki, hamı belə etmir. Hazırda təqribən 800 sığorta agenti 2014-cü ilin III və IV rübün yekunları üzrə hesabat təqdim ediblər, ancaq 100-dən çoxu hələ də bunu etməyib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR