Bakının Xətai rayonunun içməli su təchizatı məhdudlaşdırılır

17:37 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 17:31 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının Xətai rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Ağ şəhər” yaşayış massivinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakı şəhəri Xətai rayonu Xəqani Rüstəmov küçəsindən keçən magistral su xətti üzərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar aprelin 7-də saat 09:00-dan etibarən gün ərzində Xocalı prospekti, Xəqani Rüstəmov, Mehdi Mehdizadə, Nəcəfqulu Rəfiyev küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR