Gənc alim və mütəxəssislərin II institutlararası futbol çempionatı başlanacaq

18:38 6 Aprel 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “AMEA-nın gənc alim və mütəxəssislərin ikinci institutlararası futbol çempionatı”na start verir.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, çempionata qatılmaq istəyən komandalar aprelin 12-dək ərizələrini AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasına təqdim etməlidir.
Turnirdə institutlar yalnız fərdi qaydada (ayrı-ayrı institutlardan təşkil olunmuş komanda şəklində deyil) turnirdə iştirak edə bilər. İştirakçı ərizəsində hər komandanın heyətində on futbolçu (oyun zamanı meydanda 6 futbolçu oynayır) təqdim etmək olar. Həmçinin ərizədə komandanı təmsil edən oyunçular barədə məlumat olan (ad, atasının adı, soyadı, işlədiyi şöbə, vəzifəsi, yaşı) sənəd institutun və kadrlar şöbəsinin rəhbəri tərəfindən təsdiqlənməlidir (imza və möhürlə).
Çempionatda yaşı 40-dək olan oyunçular iştirak edə bilərlər. Hər komandanın öz idman geyimi olmalıdır.
İnstitut üzrə komandanın təşkili məsələsinə həmin təşkilatın Gənc Alim və Mütəxəssislər Şurası cavabdehlik daşıyır. Qeyd edilən tələbləri ödəməyən komandaların ərizələri qəbul olunmayacaq. Əlaqə nömrəsi: (+994 12) 539 25 79.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_alim_ve_mutexessislerin_II_institutlararasi_futbol_chempionati_baslanacaq-843974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR