Nemtsovun qətlində 15 mln

Nemtsovun qətlində 15 mln
20:31 6 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya müxalifət lideri Boris Nemtsovu qətlə yetirmək üçün 15 milyon rubl (277 min 500 manat) təklif edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Nemtsov ailəsinin vəkili Vadim Poxorov açıqlama verib.

Onun sözlərinə görə, qatillər vəd edilən məbləğin bir hissəsini alıblar.

Poxorov bu barədə ətraflı danışmasa da bildirib ki, 277 500 AZN-nin bir hissəsi qatillərin hesabına köçürülüb.

Mətbuatda gedən bəzi məlumatlara görə, qatillər Nemtsovu öldürməkdən ötrü silah almaq üçün vəd edilən məbləğin bir hissəsini avans olaraq götürüblər.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Qətllə bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR