Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Şənbə günü qrup mərhələsinin ikinci seçim turu start götürüb.
G qrupunda iki oyun: Gate Baku - M Group Production və MuğanBank - DDLAR Group görüşməsi heç-heçə (2-2) hesab ilə bitdi. Belə davam edən halda, qrupun sonrakı oyunlarının gərgin keçəcəyi görünür. Çünki play-off mərhələsinə vəsiqə qazanmaq, müvafiq xal hesabı ilə mümkün olacaq. Hal-hazırda yarım-qrupun lideri kimi Muğanbank komandası görünür. Belə ki, Gate Baku komandası ilə oyundan sonra, MuğanBank komandasına texniki qələbə verilmişdir. Qrupun sonrakı oyunlarını böyük maraqla izləyəcəyik.

Silk Way və Iteca komandalarının oyunu zamanı da, gərginlik müşahidə olunurdu. Qeyd edək ki, hər iki komanda maraqlı oyun nümayiş etdirdi. Lakin bu oyun Silk Waykomandasının üstünlüyü və 2-0 hesablı qələbəsi ilə
başa çatdı. Azersun komandası, öz azərkeşlərini VTB komandasına 10-1 hesabı ilə qalib gələrək bir daha sevindirdi. İkinci turdan sonra da, komandanın birinciliyi qoruyub-saxlaması heç də təəcübləndirici hal olmaz.
ATL Tech komandası, Gənclər və İdman Nazirliyi komandasını üstələyərək yenidən qələbəyə imza atdı. Oyun 8-3 hesabı ilə bitərək, ATL Tech komandasına play-off mərhələsinə vəsiqəni təmin etdi.
Universal komandasının meydançaya xüsusi özgüvən hissi ilə daxil olmağı, əbəs yerə deyil. Deloitte komandası ilə keçirilən oyundan sonra, tabloda 13-1 hesabının əks olunması buna əyani sübutdur.
Biznes liqanın qrup mərhələsinin İkinci turunun, ikinci günü çox gərgin keçdi. Komandalardan bir neçəsinin keçirdiyi oyunlar heç-heçə ilə bitdi, bəzi komandaların oyunları zamanı isə bir neçə sayda sarı və qırmızı kartlar belə verildi.

B qrupuna daxil olan Amrahbank və Azecolab komandalarının oyunu xüsusi marağa səbəb oldu. Kobud keçməsi və heç-heçə ilə bitməsinə baxmayaraq, bu oyunu ikinci turun ən maraqlı görüşməsi kimi qeyd etmək olar. Hər iki komanda 1 qol vuraraq, hesabı 1-1 hesabı ilə başa çatdırdı. TimSport və City taxi komandalarının keçirdiyi oyun az marağa səbəb olmadı. Timsport komandası Amrahbank Komandası ilə oyunda məğlub olmasına baxmayaraq, oyuna yüksək mübariz əhval-ruhiyyə ilə daxil oldu. Oyunun son dəqiqələrinə qədər hesab bərabərliyi qorunurdu, lakin son anda City Taxi komandası iki qol vuraraq, üstünlüyü əldə etdi. Oyun 3-1 hesabı ilə başa çatdı. Keçirilən oyun zamanı Fərid Səttərzadəyə, iki sarı kart və ardınca qırmızı kart verildi. Üçüncü turda keçiriləcək oyunu buraxmalı olacaq. Eyni zamanda Kapital bank, komandasının oyunçusu Rəşad Şükürov, hakimə qarşı kobud rəftarına görə 3 oyun zamanı kənarlaşdirma alacaqdır. Polatyol və Kapital komandalarının keçirdiyi oyununda, Polatyol komandası 4-3 hesabı ilə qələbə qazandı. Növbəti qələbəni əminliklə Təmiz Şəhər komandası, Gesco komandasına 11-2 hesabı ilə qalib gəldi. Embawood komandası, GT Solutions komandası ilə oyunda 6-1 hesabı ilə üstünlük qazandı. Buta Palace komandası TreMiDa komandasına qalib gəldi. Norm Sement və KaTv1 komandalarının qarşılaşması heç-heçə ilə bitdi. Meydançada komandaların mübarizəsi 2-2 hesabı ilə başa çatdı.

Pullman və Gilan komandalarının oyunu da, öz növbəsində maraqlı keçdi. Yeni yaranmasına baxmayaraq Pullman komandası, Gilan komandası ilə görüşdə, rəqibə aman vermədi. Bu komandalar arasında keçən oyun 9-3 hesabı ilə bitdi.

Port of Baku komandası öz qrupunun lider mövqesində qərarlaşaraq, Azergold komandasına 4-1 hesabı ilə qalib gəldi.

Üçüncü tur səbirsizliklə gözlənilir, belə ki, ondan sonra Biznes-liqanın payız mövsümünün play-off mərhələsinə vəsiqə qazanacaq komandalar məlum olacaq.

Daha ətraflı https://www.facebook.com/media/set/set=a.704938406383073.1073741830.673336346209946&type=1&l=9e0f56c3e3

Qeyd etmək istərdik ki, ABL Cup 2017/18 turnirinin rəsmi saytı olan www.abl.az səhifəsində püşkatmanın nəticələri və keçiriləcək oyunlar haqqında geniş məlumatlar əldə etmək mümkündür. Mütəmadi olaraq yenilən səhifəmizi, izləməyi unutmayın.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Videonu izləmək üçün şəklə klikləyin:
AZFAR "Biznes liqa" ikinci turun icmalı - qollar, sarı və qırmızı kartlar - VİDEO - FOTOФутбольные страсти AZFAR Business League - голы, желтые и красные карточки