"Report"un xəbərinə görə, bu barədə RİA "Novosti" İraqın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“Saxlanılanlar var, lakin sayları çox deyil və onlar müxtəlif millətlərin nümayəndələridir",- deyə mənbə KİV-ə bildirib.
Qeyd edək ki, bir müddət əvvəl iraqlı deputat Vian Dahil 512 rus və 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə olması şübhəsi ilə saxlanıldığnı açıqlayıb.