Bakıda qayda pozuntusu qəzaya səbəb oldu

Bakıda qayda pozuntusu qəzaya səbəb oldu
07:51 7 Aprel 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Dilarə Əliyeva küçəsində qeydə alınıb. Həmin küçə ilə Azadlıq prospektinə doğru hərəkət edən “Lifan” maraklı minik maşını qəfil donmə əməliyyatı həyata keçirib. Elə bu zaman öz yolu hərətək edən “NISSAN”a çırpılan “Lifan” zərbənin təsiri ilə yerində fırlanıb. “NISSAN” markalı minik maşını isə yol kənarındakı səkilərə çırpılıb.

Qəza nəticəsində “Lifan”ın sürücüsü xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Amma əraziyə cəlb olunan polis əməkdaşları yaralı sürücü ilə bağlı heç bir tibb ocağından məlumat daxil olmadığını bıldırdılər.

Hadisə yerində aparılan ilkin müayinə zamanı qəzaya “Lifan” markalı avtomobilin sürücüsü səbəb olduğu orta çixib. Belə ki, Dilarə Əliyeva küçəsindən Azadlıq prospektinə dönən sürücü “Yol ver!” nişanının tələbinə əməl etməyib.

Diqqət çəkən məqam isə “Lifan”ın alınlıq şüşəsində əliliyi olan şəxslərin istifadə etdiyi işarənin olması idi. Ehtimal olnur ki, elə maşın sahibi də, fiziki qüsurlu şəxsdir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR