Ərbil təslim oldu -

İraqın şimalındakı kürd hökuməti federal məhkəmənin qərarına tabe olacaq.

Metbuat.az-ın məlumatına görə, regional hökumətin saytında yerləşdirilmiş bəyanatda qeyd olunur ki, noyabrın 6-da İraqın Federal məhkəməsi ölkənin unitar, müstəqil, suveren, parlamentli və demokratik dövlət olmasına dair konstitusiyanın 1-ci maddəsinə uyğun olaraq, qərar çıxarıb.

Sənəddə qeyd olunur:

“Ərbil muxtariyyətlə federal hökumət arasında problemləri həmişə konstitusiya və qanunlar yoluyla həll etməyə çalışıb. Məhkəmənin qərarı Ərbillə Bağdad arasında bütün fikir ayrılıqlarının aradan qaldırılması üçün hərtərəfli milli dialoqun başlanmasına əsas olmalıdır”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR