"Report" "Daily Telegraph"a istinadən xəbər verir ki, söhbət şah rejimi tərəfindən bağlanmış və ödəniş edilən müqavilədən gedir. 1979-cu ildəki İslam inqilabından sonra müqavilə dondurulmuşdu.
Nəşr yazır ki, bu məsələ beş il həbs cəzasına məhkum edilmiş Britaniya xeyriyyə fondunun əməkdaşı Nazənin Zaqari-Redkliffin işi ilə qətiyyən bağlı deyil.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın xarici işlər naziri Boris Conson fondun əməkdaşının qaytarılması üçün hər şeyi edəcəklərinə söz verib.