Rusiyanın XİN rəhbəri Bakıya səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

Xarici işlər naziri Elmar Məmmədyarov 28 aprel 2017-ci il tarixində Rusiya Federasiyasında işgüzar səfərdə olub.

Günay Elşadqızı / METBUAT.AZ

“Onların fəaliyyəti Azərbaycanın maraqlarına xidmət etmir” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR