​Urmiya ilə Ərzurum "qardaşlamış şəhər" elan olunub

​Urmiya ilə Ərzurum "qardaşlamış şəhər" elan olunub
14:02 7 Aprel 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ İranın Qrəbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri ilə Türkiyənin Ərzurum şəhəri "qardaşlaşmış şəhər" elan olunub.
"Report" xəbər verir ki, bu haqda İranın "İRNA" Agentliyi məlumat yayıb.
Müvafiq sənəd Ərzurumda Urmiya şəhərinin bələdiyyə sədri Məhəmməd Həzrətpurla Ərzurumun bələdiyyə başçısı Mehmet Sekmen arasında imzalanıb.
Ərzurumda keçirilən görüşdə bələdiyyə başçıları iki şəhər arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Urmiyadan olan nümayəndə heyəti Ərzurumdakı Atatürk adına Universitetin rektoru Hikmət Koçakla da görüş keçirərək, iki şəhər arasında elmi sahədə əməkdaşlığın artırılması yollarını müzakirə ediblər. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/urmiya-ile-erzurum-qardaslamis-seher

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR