"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "ADA" Universitetində mühazirəsi zamanı deyib.
"Rusiyanın bununla əlaqəsi yoxdur, dəmir yolu xətti bizim ərazimizdən keçmir. Bu layihəyə siyasi nöqteyi-nəzərdən yanaşan analitiklər var, bizim layihədən kənar qaldığımızı bildirirlər. Amma bizim yanaşmamız belə deyil", - S.Lavrov qeyd edib.
Onun sözlərinə görə, Rusiya Azərbaycan və İranla üçtərəfli dialoq qurub. Nazir xatırladıb ki, hər üç ölkə "Şimal-Cənub" infrastruktur layihəsində iştirak edir.
Rusiya XİN başçısı belə infrastruktur layihələrinin yalnız regionu zənginləşdirdiyini vurğulayıb.