Bakı-Sumqayıt qatarına əlavə heyət qoşulub

Bakı-Sumqayıt qatarına əlavə heyət qoşulub
10:52 21 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan isə saat 07:45-də yola düşən 6006 nömrəli elektrik qatarlarına əlavə heyət qoşulub.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bununla da noyabrın 24-nə qədər elektrik qatarları birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-sumqayit-qatarina-elave-heyet-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR