Bakı. 22 noyabr. REPORT.AZ/ Beynəlxalq Haaqa Məhkəməsi “Bosniya qəssab”ı adlanan keçmiş Yuqoslaviya ordusunun komandanı Ratko Mladiçin müsəlmanlara qarşı soyqırımı törətdiyi haqqında qərar qəbul edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Srebrenitsa da müsəlmanların qətliamının əsas təşkilatçılarındandır.
Məhkəmə Ratko Mladiçi soyqırımı, insanlığa qarşı cinayət və müharibə qanunların pozmaqda təqsirli hesab edərək ömürlük azadlıqdan məhrum edib.