Fələstin ABŞ-la diplomatik əlaqələri kəsdi

Fələstin hökuməti ABŞ-la bütün diplomatik əlaqələri kəsib.

Metbuat.az-ın məlumatına görə, buna səbəb "Fələstin Azadlıq Təşkilatı"nın Vaşinqtondakı ofisinin bağlanmasıdır. Fələstin hökumətindəki mənbə Anadolu agentliyinə bildirib ki, bir müddət əvvəl Vaşinqton təşkilata fəaliyyətini davam etdirmək üçün iki şərt irəli sürüb.

Bildirilib ki, təşkilat Beynəlxalq Məhkəməyə təqdim etdiyi İsrail barədə şikayəti geri çəkməli və Təl-Əvivlə birbaşa müzakirələrə başlamalıdır. Şərtlərə əməl olunmadığına görə, quruma fəaliyyətini davam etdirmək üçün lisenziya verilməyib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR