Binəqədidə birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar qərargah yaradılıb

Binəqədidə birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar qərargah yaradılıb
18:53 7 Aprel 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonunda iclas keçirilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov iclasda yarışlara hazırlıqla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. O, hazırlıq tədbirlərinin bir hissəsi olaraq həyata keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib, maarifləndirici tədbirlərin, treninqlərin təşkil edildiyini, vətəndaşlar arasında təbliğat işlərinin aparıldığını diqqətə çatdırıb.
Bildirilib ki, Avropa Oyunlarının başlanmasına az müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac yaranıb. Buna görə də birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar Bakı Şəhər və Binəqədi Rayon icra hakimiyyətləri başçılarının sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası məqsədilə rayonda qərargah yaradılıb. Qərargahda “qaynar xətt” fəaliyyət göstərəcək, məsul şəxslər müəyyənləşdiriləcək, işlərin koordinasiyası təmin ediləcək.
Birinci Avropa Oyunlarının təbliğ olunması ilə əlaqədar yerlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, rayon ərazisində fləşmobların təşkili, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlərin təşkili də nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bineqedide_birinci_Avropa_Oyunlarina_hazirliqla_elaqedar_qerargah_yaradilib-844341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR