Rusiya ilə bağlı bədbin proqnoz

Rusiya ilə bağlı bədbin proqnoz
19:36 7 Aprel 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

"Rusiyada ən azı 60 xalq var. Ola bilsin ki, müəyyən vaxt sonra ölkə bir neçə dövlətə parçalansın və 20 milyonluq əhalisi qalsın".

ANS PRESS-in məlumatına görə, bunu Polşanın keçmiş prezidenti Lex Valensa Ukrayna qəzetinə müsahibəsində deyib. Lakin onun fikrincə, yeni yaranmış dövlətlər Avropa İttifaqı ssenarisi üzrə yenidən birləşə bilərlər.

"Avropa İttifaqının yaranma ssenarisi təkrarlana bilər. Yeni dövlətlərin birliyi yaranacaq, amma bu birləşmə başqa prinsiplərlə olacaq. İqtisadi inkişaf tempi getdikcə bərabərləşəcək, ölkələr müxtəlif konfiqurasiyalarda əməkdaşlığa başlayacaqlar", - deyə Lex Valensa bildirib.

Bəs bu "transformasiya"ya nə qədər vaxt lazım olacaq sualına cavabında isə "çox" deyə cavab verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR