Boğaz ağrısı və öskürəkdən xilas olmaq üçün

İnsan orqanizminə ən faydalı qidalardan biri də əncirdir.

Metbuat.az xəbər verir ki, bi qida ilə südün qarışığı insan orqanizmi üçün çox əhəmiyyətlidir.

Əncirli süd vasitəsiylə öskürək və boğaz ağrısının qarşısını almaq mümkündür.

Həmin üsulları təqdim edirik:

1.Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.

2. Əncirli süd qarışımı boğaz ağrısının da birəbir dərmanıdır.

2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.

Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.

Burun tutulmasını aradan qaldıran 25 saniyəlik - Möhtəşəm üsul / FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR