“Erməni təxribatlarına uymayın” (FOTO)

“Erməni təxribatlarına uymayın” (FOTO)
06:21 8 Aprel 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Dnepropetrovks Azərbaycanlıları Liqası bu şəhərdə yaşayan azərbaycanlılarla görüş keçirib. ANS PRESS-in məlumatına görə, görüşdə UABD-nin sədri Hikmət Cavadov, Dnepropetrovks Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılov, azərbaycanlı alim Eldar Tağıyev və bir çox ziyalılar iştirak edib.

Tədbirdə çıxış edən UABD-nin sədri Hikmət Cavadov Ukrayna-Azərbaycan münasibətlərinin artıq daha da möhkəmlənməsindən danışıb. Onun sözlərinə görə, Ukraynalı parlamentarilərin bu yaxınlarda Bakıya rəsmi səfəri bu münasibətlərin əslində necə də sıx dayaqlara malik olduğunu bir daha sübut etdi. H.Cavadov vurğuladı ki, Dnepropetrovksda çoxsayı Azərbaycan diasporu var: “Biz çox sevinirik ki, onlar arasında ziyalılar, şəhərin sayılıb-seçilən insanlarından hesab edilən iş adamları çoxluq təşkil edir.”

Görüşdə yerli sakinlər Dnepropetrovks Azərbaycanlıları Liqasının sədri Sərxoş İsmayılovun rəhbərliyi altında Azərbaycan məktəbi və mədəniyyət mərkəzinin uğurlu fəaliyyətindən məmnun olduqlarını bildirdilər. Bundan başqa, azərbaycanlılar qarşıdan gələn qondarma erməni soyqırımının ildönümü ərəfəsində erməni diasporunun yalanlarını ifşa etməyin yollarını və bunun üçün görüləcək işləri də müzakirə ediblər. Bu məsələnin Dnepropetrovskda müzakirə edilməsi təsadüfi deyil. Çünki Dnepropetrovks Azərbaycanlıları Liqası Ukraynada fəaliyyət göstərən ən böyük və güclü diasporlardan biridir. Buna görə də, yığıncaqda iştirak edən bütün azərbaycanlılara tövsiyə edilib ki, erməni təxribatlarına uymasınlar”.

Sonda Azərbaycan diasporunun Ukraynadakı inkişafı ilə bağlı müzakirələr aparılıb.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR