ABŞ pul müqabilində Yəmən hücumlarına qoşulur

ABŞ pul müqabilində Yəmən hücumlarına qoşulur
10:11 8 Aprel 2015
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) lazım olduğu təqdirdə Səudiyyə Ərəbistanının Husi üsyançılara qarşı koalisiyasında iştirak etmə imkanına malikdir.

ANS PRESS-in məlumatına görə, bu barədə Wall Street Journal Pentaqon nümayəndələrinə istinadən xəbər yayıb.

Bununla bərabər Amerikada hesab edirlər ki, Səudiyyə Ərəbistanı koalisiyanın əsas iştrakçısı kimi köməyə görə pul ödəyəcək.

Artıq ABŞ daha sıx əməkdaşlıq üçün bir qrup zabitini Səudiyyə Ərəbistanı HHQ-nin Ər-Riyadda olan baş qərargahına yollayıb.

Bundan əlavə Pentaqon nümayəndəsi bildirib ki, Səudiyyə Ərəbistanının quru qoşunları Yəmənlə sərhəddə mövqelərini gücləndirərək baş verəcək hücum barədə şübhə oyatmamaq üçün daha çox müdafiə xarakterli döyüşlər aparırılar.

Qeyd edək ki, “İnadkar tufanı” əməliyyatı Husilərin təşkil etdiyi çevriliş nəticəsində ölkədən qaçan Yəmən prezidenti Əbd Rabbu Mansur Hadinin təklifi ilə başlayıb. Əməliyyatı Səudiyyə Ərəbistanı başçılığı ilə koalisiya qüvvələri aparır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR