"Bu, beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir"

“Beynəlxalq təşkilatlar, aparıcı ölkələr hadisələrin qarşısını almaq əvəzinə onların arxasınca sürünürlər”.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb. PA rəsmisi deyib: “Beynəlxalq aləmdə gedən prosesləri izlədikdə, təəssüflər olsun, belə qənaətə, nəticəyə gəlmək olur ki, başda BMT olmaqla beynəlxalq təşkilatlar, İttifaqlar və planetin aparıcı ölkələri, liderlər hadisələrin, proseslərin qarşısını almaq, onları qabaqlamaq əvəzinə, onların arxasınca sürünürlər.

İntellekt və inkişafın indiki səviyyədə olduğunu nəzərə aldığımız zaman - belə vəziyyət müasir beynəlxalq münasibətlərin böyük və təhlükəli problemidir. Beynəlxalq birliyin iqlim dəyişikliyi probleminə münasibəti də bu xarakterlidir”.

“Ermənistanın bu addımının qarşısı alınmasa, terror təhlükəsi...” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR