Elmar Məmmədyarov həmsədrlərlə görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Metbuat.az-ın məlumatına görə, Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, dekabrın 6-da isə Elmar Məmmədyarovun Vyanada həm həmsədrlərlə, həm də Errmənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərdə tutulub. Elmar Məmmədyarov bunu bir neçə gün öncə türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib: "Biz həmişə deyirik ki, məntiqli və substantiv danışıqlar olmalıdır. Moskva görüşündə həmsədrlərlə dərin və ətraflı müzakirə apardıq. Həmsədrlər yəqin bu istiqamətdə danışıqları davam etdirəcək”.

Xatırladaq ki, görüşün ATƏT xarici işlər nazirləri şurasının Vyanada keçiriləcək toplantısı səviyyəsində keçirilməsi gözlənilir.

Günay Elşadqızı / METBUAT.AZ

“Ermənistanın bu addımının qarşısı alınmasa, terror təhlükəsi...” - Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR