Hamı öldürüldü, erməni sağ çıxdı

Hamı öldürüldü, erməni sağ çıxdı
20:22 9 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

"Həmin gün səhər redaksiyaya zəng edərək redaktorla danışdım..."
Parisdə "Charlie Hebdo" satirik jurnalına edilən terror hücumu zamanı nəşrin təkcə erməni əməkdaşı sağ qalıb.

Anspress-in məlumatına görə, sentyabr ayından "Charlie Hebdo"da işləməyə başlayan Matye Madenyan hücum edilən gün işə getməyibmiş. Baş verənlərə münasibət bildirən Madenyan sağ qalmasını qədərlə əlaqələndirib:

"Həmin gün səhər redaksiyaya zəng edərək redaktorla danışdım və işə gələ bilməyəcəyimi dedim".

Erməni jurnalist bildirib ki, işə getməməyinə səbəb Fransada populyar olan şirniyyatı almaq istəməsi olub: ""Sweets" həyatımı qutardı".

Qeyd edək ki, "Charlie Hebdo" nəşrinə edilən hücum zamanı baş redaktor başda olmaqla 12 nəfər öldürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR