Azərbaycan BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini artıracaq

Azərbaycan BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini artıracaq
10:07 11 Dekabr 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan və daha yeddi ölkə BMT-nin fövqəladə vəziyyətlərə reaksiya üzrə Mərkəzi Fonduna ianə məbləğini keçən ilə nisbətən artıracağına söz verib.
"Report" BMT-nin xəbər mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş fond üçün vəsaitin toplanması üzrə konfransın yekunlarına əsasən elan olunub.
Konfransda 36 donor ölkə gələn il Mərkəzi Fonda 383 milyon dollar ayırmağı vəd edib. Bu donorlar arasında Azərbaycan, Avstraliya, Rusiya, Estoniya və Monqolustan da var.
BMT-nin Baş katibi Antoniu Quterriş bütün donorlara comərdliyə və ehtiyacı olanlarla həmrəylik göstərməyə hazır olduqları üçün təşəkkür edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-bmt-nin-fovqelade-veziyyetlere-reaksiya-uzre-merkezi-fonduna-iane-meblegini-artiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR