DTX-nın əməkdaşı dünya çempionu oldu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları idmanın müxtəlif növləri üzrə Dünya, Avropa çempionatları və digər mötəbər beynəlxalq əhəmiyyətli turnir və yarışlarda uğurlar əldə edərək Azərbaycanın bayrağını yüksəklərə qaldırırlar.

DTX-nin İctimai əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, növbəti belə qələbələrdən biri də bu il 8-10 dekabrda İtaliyanın Florensiya şəhərində keçirilmiş və 35 ölkənin təcrübəli idmançısının təmsil olunduğu dünya birinciliyi uğrunda “K-1 Full contact” döyüş növü üzrə nüfuzlu beynəlxalq yarışda qazanılıb.

DTX-nin əməkdaşı Ziya Bayramov çətin yarışlarda məharətlə rəqiblərini məğlub edərək “K-1 Full contact” döyüş növü üzrə dünya çempionu adına layiq görülüb.

Öldükdən sonra "Facebook" hesabınız kimə qalacaq? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR