ABŞ Türkiyənin “S-400” komplekslərini almasından NARAHATDIR

ABŞ Türkiyənin “S-400” komplekslərini almasından NARAHATDIR
23:23 12 Dekabr 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket komplekslərini əldə edəcəyinin mümkünlüyündən narahatdır.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Uess Miçel bildirib.

“Türkiyənin, xüsusən ABŞ-ın diplomatik missiyalarında işə cəlb olunan yerli əməkdaşlarla bağlı son vaxtlar müşahidə olunan davranışı bizi çox narahat edir. Biz Türkiyə ilə müttəfiq kimi çalışmaqda davam edirik. Bir çox sahələr üzrə, “S-400” də daxil olmaqla narahatlığımızı ifadə etməkdə davam edirik”, - deyə o Senatın beynəlxalq işlər komitəsində çıxışı zamanı bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək.

V.Putin isə, öz növbəsində, iki ölkə arasında hərbi kredit sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/224075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR