Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var

Bakıda minik maşını ilə avtobus toqquşub, yaralanan var
00:02 13 Dekabr 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, Ramana qəsəbəsində yerləşən Şuşa qaçqın şəhərciyi ərazisində "VAZ-2106" markalı minik avtomobili ilə 214 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusu toqquşub.
Nəticədə "Jiquli"nin sürücüsü, 1981-ci il təvəllüdlü Nəsibov Ramin Osman oglu xəsarət alıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-minik-masini-ile-avtobus-toqqusub-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR