Azərbaycanda qeyri-neft sektoru 2,4% böyüyüb

Azərbaycanda qeyri-neft sektoru 2,4% böyüyüb
11:42 14 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 63 071,3 milyon manat və yaxud əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ÜDM-in 40,1%-i sənayenin, 10,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8%-i tikintinin, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft bölməsində isə 5,1% azalıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-qeyri-neft-sektoru-2-4-boyuyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR