Bu barədə “Report”a Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.
Məlumata görə, tədbirə mumilikdə 66 dövlətdən və bir beynəlxalq təşkilatdan 426 nümayəndə qatılıb. Beş gün ərzində 456 danışıq və müşavirələr keçirilib, 420 ikitərəfli sənəd imzalanıb və paraflanıb.
DMAA-nın direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti isə 15 ölkənin mülki aviasiya nümayəndə heyətləri ilə danışıqlar aparıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adalarından nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında hökumətlərarası sazişlərin mətnləri razılaşdırılıb. Türkiyə, Belarus və Qazaxıstanı təmsil edən nümayəndə heyətləri ilə isə hava yollarının istismarı üzrə sadəcə danışıqlar olub. Danışıqlarda Azərbaycan tərəfdən Xarici İşlər Nazirliyinin əməkdaşı da iştirak edib.