Rusiyada sənaye istehsalı son 10 ilin ən ağır vəziyyəti ilə üzləşib

Rusiyada sənaye istehsalı son 10 ilin ən ağır vəziyyəti ilə üzləşib
15:12 16 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiyada bu ilin noyabr ayında sənaye istehsalının dinamikası analoji oktyabr göstəricisindən pis olub. "Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu məlumatı Rusiya Statistika İdarəsi verib.
Məlumatda bildirilib ki, noyabr ayında Rusiyada sənaye istehsalı 3,6% azalıb. Analitiklərin proqnozları nə qədər bədbin olsa da, 0,2-0,5% artım gözlənilirdi. Nəticədə, Rusiya iqtisadiyyatı 2009-cu ilin oktyabr ayından bu günədək ən pis göstərici ilə üzləşib.
Qeyd edək ki, oktyabrda emal sənayesində artım 0,1% olduğu halda, noyabrda bu göstərici -4,7% olub. Oktyabrda 0,1% artım qeydə alınan faydalı qazıntı hasilatı sahəsində isə noyabrda 1% azalma qeydə alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/rusiyada-senaye-istehsali-son-10-ilin-en-agir-veziyyeti-ile-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR