23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı
18:03 17 Dekabr 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki rayonun Böyük Dəhnə kəndində bıçaqlanma olub.

Publika.az xəbər verir ki, kənd sakini 1994-cü il təvəllüdlü Eşqin Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq xəsarəti alıb. O yarası Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətin orta-ağır olduğu bildirilir. Eşqin Nəbiyevin qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını məlum olub.

Şəki şəhər-rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisini bıçaqlamağa görə təqsirləndirilən 1971-ci il təvəllüdlü Vaqif Şükürov şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış ilkin istintaq zamanı Vaqif Şükürov hadisəni qonşusu ilə şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/224619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR