Avstriyada altı minə yaxın insan yeni hökumətə qarşı mitinq keçirir

Avstriyada altı minə yaxın insan yeni hökumətə qarşı mitinq keçirir
15:12 18 Dekabr 2017
59 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Avstriya prezidenti Aleksandr Van der Bellen bu gün mühafizəkarlar və sağçılardan ibarət yeni koalisiya hökumətinin andiçmə mərasimini keçirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkənin keçmiş xarici işlər naziri Sebastyan Kurts Avstriyanın yeni kansleri seçilib.
Şəhər polisinin məlumatına görə, təxminən altı min nəfər Avstriyanın yeni koalisiya hökumətinin andiçməsinə qarşı Vyana küçələrinə çıxıb.
Qeyd olunur ki, polis qayda-qanunları təmin etmək üçün əlavə qüvvə cəlb edir.
Xatırladaq ki, ötən həftə Sebastyan Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası və Haynts-Kristian Ştraxenin liderliyi ilə Avstriya Azadlıq Partiyası hökumətin formalaşdırılması ilə bağlı danışıqları başa vurublar və nazirlik vəzifələrinə namizədləri ictimaiyyətə təqdim ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/avstriyada-alti-mine-yaxin-insan-yeni-hokumete-qarsi-mitinq-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR