Qubada bankomatdan oğurluğa cəhd göstərən şəxs saxlanılıb

Qubada bankomatdan oğurluğa cəhd göstərən şəxs saxlanılıb
17:57 18 Dekabr 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba. 18 dekabr. REPORT.AZ/ Quba rayonunda bankomatdan oğurluğa cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə "Report"un Şimal bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 
Belə ki, Quba rayonunun Zərdabi qəsəbə sakini, 1994-cü il təvəllüdlü Asim Cabbarov gecə saatlarında Quba şəhər Yeni Avtovağzal ərazisində yerləşən "Kapital Bank"ın ATM köşkündəki bankomatdan oğurluğa cəhd edərkən RPŞ-nin əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə gətirilib. Saxlanılan zaman onun üzərindən cinayətdə istifadə etdiyi bir ədəd metal ling, bir ədəd mətbəx bıçağı, bir ədəd maska və bir cüt əlcək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qubada-bankomatdan-ogurluga-cehd-gosteren-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR