Müğənni Cennifer Lopezlə sevgilisi Aleks Rodriqes pijamada fotokamera qarşısına keçiblər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Mayamidə dincələn cütlük yolka quraşdıran Lopezlə Rodriqezin fotoları sosial şəbəkədə yayılıb. Cennifer bu dəfə də makiyajsız görünüşü ilə izləyicilər tərəfindən çox bəyənilib.

42 yaşlı beyzbolçu şəkillərə “Bütün ailə üzvlərimizə, dostlarımıza xoşbəxtlik, sağlamlıq və təhlükəsiz bayram keçirməyi arzulayırıq! Bayramınız mübarək” sözlərini yazıb.