"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, prokuruluq orqanları hər üç şəxsin "ağırlaştırılmış ömürlük həbs cəzasına" məhkum edilməsini tələb edib.
Mersin şəhərinin polisi, bu ilin fevral ayında Ö.Aslanın yanmış cəsədini çay qırağında aşkar etmişdi. Zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərən tələbə qızın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilirdi.
Məhkəmə prosesinin başlama tarixinin önümüzdəki iki həftə ərzində məlum olacağı bildirilir.