Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyədə “Bank Asiya” Açıq Səhmdar Cəmiyyətinin üzvlərinə qarşı keçirilən əməliyyat nəticəsində 68 nəfər tutulub. “Report” Haberler-ə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər. Şübhəlilər bankın idarəetəmə və ticarət sahələrinin məsul şəxsləridir.