Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycan Respublikasına akkreditə olunan yeni səfirləri iştirak edib.
Diplomatlar etimadnamələrinin surətlərini P.Mirzəzadəyə təqdim ediblər.
Səfirlərlə söhbətdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.