“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə sərhəd polisi məlumat yayıb.
Yerli KİV ehtimal edir ki, gecə əməliyyatının keçirilməsində məqsəd ötən həftə yəhudi ruhanisinin - ravvininin öldürülməsi cinayətinin iştirakçılarının zərərsizləşdirilməsindən ibarətdir.
“Təhlükəsizlik qüvvələrinin Cenində keçirdiyi əməliyyatın gedişində qruplaşma ilə silahlı qarşıdurma olub. Xəsarət alanlar var”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, İsrail ordusu və xüsusi xidmət orqanları bir həftədən çoxdur Raziel Şevaxın avtomobilini atəşə tutan silahlıları axtarır. Atəş nəticəsində güllə yarası almış ravvin xəstəxanada ölüb.