Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb

Donald Trampın prezidentliyinin birilliyinə həsr olunan ziyafətin biletlərinin qiyməti açıqlanıb
18:17 19 Yanvar 2018
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Florida ştatındakı "Mar-a-Laqo" iqamətgahında prezidentliyinin birilliyinin şərəfinə ziyafət təşkil edəcək.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, dövlət başçısının özünün də iştirak edəcəyi qonaqlığa iki nəfərlik biletin qiyməti 100 min ABŞ dollarıdır.
Qiymətə ziyafətdə şam yeməyi, həmçinin ABŞ prezidenti ilə şəkil çəkdirmək daxildir.
Hətta 250 min ABŞ dolları məbləğində ödəniş etməklə prezidentlə eyni masada oturmaq imkanı da əldə etmək olar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampin-prezidentliyinin-birilliyine-hesr-olunan-ziyafetin-biletlerinin-qiymeti-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR