Məmmədyarov növbəti qələbə sayəsində superturnirin vahid liderinə çevrilib

Məmmədyarov növbəti qələbə sayəsində superturnirin vahid liderinə çevrilib
23:47 19 Yanvar 2018
100 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub.
"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.
Rəqib 86-cı gedişdən sonra təzyiqlərə davam gətirməyərək təslim olub. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.
Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/memmedyarov-novbeti-qelebe-sayesinde-superturnirin-vahid-liderine-cevrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR