Terrorçuların yeni ÖLÜM SİLAHI: hamı HƏDƏFDƏDİR - Moskvadan HƏYƏCAN TƏBİLİ

Terrorçuların yeni ÖLÜM SİLAHI: hamı HƏDƏFDƏDİR - Moskvadan HƏYƏCAN TƏBİLİ
14:33 20 Yanvar 2018
182 Dünya
Ölkə mətbuatı
A- A+

“Pilotsuz uçuş aparatları Suriyada terror təhlükəsinin yeni formasıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Myanma Silahlı qüvvələrinin baş komandanı Min Aunq Xlayn ilə görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Suriyada terror təhlükəsinin yeni forması pilotsuz uçuş aparatlarıdır. Onların uçuş məsafəsi 100 kilometrdən çox təşkil edir”, - Şoyqu deyib.

O qeyd edib ki, pilotsuz təyyarələrin köməyi ilə terror hücumları yalnız Suriyada olmaya bilər.

“Bu, çox ciddi təhdiddir. Biz pilotsuz təyyarələrlə mübarizə üzrə təcrübəni bölüşməyə hazırıq”, - Rusiya müdafiə idarəsinin başçısı əlavə edib.

Xatırladaq ki, yanvarın 6-da Rusiyanın Suriyadakı Xmeymim bazasına pilotsuz uçuş aparatları ilə hücum təşkil edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR