"Report" xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.
"Demokratlar silahlı qüvvələrimizdən və cənub sərhədimizin təhlükəsizliyindən daha çox qeyri-qanuni immiqrasiyadan narahatdırlar. Onlar asanlıqla ortaq məxrəcə gələ bilərdilər, amma bunun əvəzinə hökumətin işini dayandırmağa qərar verdilər", - D.Tramp bildirib.
Xatırladaq ki, daha əvvəl Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer federal qurumların bağlanmasında ölkə prezidenti D.Trampın günahkar olduğunu söyləyib.