Con Uilyams: "FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər"

Con Uilyams: "FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər"
10:52 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ "İqtisadiyyatın inkişaf tempi ehtimallarımı üstələyə bilər".
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu "USA Today" qəzetinə müsahibəsində San-Fransisko FED-inin rəhbəri Con Uilyams (John Williams) bildirib.
C.Uilyams qeyd edib ki, iqtisadiyyata aid önəmli risklər resessiyadan sonra ilk dəfə ciddi şəkildə azalıb: "İqtisadiyyatın dayanmasından narahat deyiləm. Bu narahatçılıq bir neçə il əvvəl var idi".
"FED üzvlərinin 4 dəfə uçot dərəcəsini artırması ehtimalı 3 dəfə artırma ehtimallarını üstələyib", - deyə Uilyams əlavə edib.
Xatırtladaq ki, FED-in növbəti iclası yanvarın 30-31-də keçiriləcək. Analitiklər bu iclasda FED-in uçot dərəcəsini artırmasını gözləmirlər. FED sonuncu dəfə uçot dərəcəsini dekabrın 13-14-də keçirdiyi iclasda 0,25 faiz bəndi artıraraq 1,25-1,50% koridoruna yüksəldib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/con-uilyams-fed-bu-il-ucot-derecesini-4-defe-artira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR