Serj Sarqsyan Fransada işgüzar səfərdədir

Serj Sarqsyan Fransada işgüzar səfərdədir
16:22 22 Yanvar 2018
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Ermənistan prezdenti Serj Sarqsyan Fransaya işgüzar səfərə gedib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Fransa Senatın sədri Jerar Larşe, parlamentin aşağı palatası olan Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa-Ermənistan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.
S.Sarqsyan yanvarın 23-də fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, S.Sarqsyan yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək. O, sessiyada çıxış edəcək və deputatların suallarını cavablandıracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/serj-sarqsyan-fransada-isguzar-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR